Rusiyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB?

  • 05 iyul 2018, 21:47

Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.

Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.

Qeyd olunur ki, fövqəladə vəziyyət bütün respublika ərazisində iyulun 5-dən başlayaraq qeyri-müəyyən müddətə elan olunub.

Oxşar xəbərlər