Rusiya yəhudilərə qarşı əməliyyat hazırlayır - Kiyev

  • 02 iyul 2018, 22:29

Rusiya Lvov şəhərində yəhudi təşkilatlarına qarşı hücumlar təşkil etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu "112 Ukrayna” televiziyasına açıqlamasında Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko deyib.

"Eyni qaydada onlar qaraçılara hücumlar təşkil etdilər. İnternet vasitəsilə bir sıra gənclər təşkilatının liderləri təsir altına salındı, onlara qaraçılarla bərabər yəhudi təşkilatlarına da hücum tapşırığı verildi. Hücumun məqsədi Lvovda ksenofobiyanın olduğunu göstərmək idi”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 23-də Lvovda qaraçı düşərgələrinə hücum təşkil edilib. Hücum zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücumdan sonra polis 8 nəfəri həbs edib, bunlardan yeddisi yetkinlik yaşına çatmayan şəxsdir.

Oxşar xəbərlər