ABŞ polkovniki: “İncirlik bazasından çıxmayacağıq"

  • 02 iyul 2018, 11:17

"ABŞ-ın İncirlikdən çıxmaq kimi bir planı yoxdur".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin "Habertürk" saytına müsahibə verən  İncirlik bölgəsindəki hərbi bazasının komandanı, polkovnik David S.Eaglin bildirib. 

Onun sözlərinə görə, ABŞ Türkiyə ilə illərdir hərbi tərəfdaşlıq edir və buna görə də ölkəsinin İncirlik hərbi bazasından çıxmaq kimi bir niyyəti yoxdur: 

"Bizim İncirlik bazasındakı varlığımız strateji tərəfdaşımız Türkiyə ilə on illərdir davam edən əməkdaşlıq etmək istəyimizin simvoludur." - deyə hərbi bazanın komandanı bildirib. 

O "Habertürk"ün müxbirinin "İncirlik həbri bazası 2016-cı il iyulun 15-dəki dövlət çevirlişinə cəhdin mərkəzi olaraq görülür. Lakin həmin tarixdə siz burada deyildiniz. Bununla belə, fikiriniz bizim üçün maraqlıdır...” - sualına isə cavab verməyib və "Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm, bunu şərh etməyəcəm" - deyə bildirib. /Musavat.com/

Oxşar xəbərlər