İŞİD-çilər tutulur, həbsxanada təşkilatlanırlar - Təhlükə

  • 02 iyul 2018, 10:05

İraq baş naziri Heydər Abadinin İŞİD-in məğlub edilməsi ilə bağlı açıqlamasından uzun müddət keçməsinə baxmayaraq, sözügedən terror təşkilatı hələ də təhdid rolunu oynamaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə danışan keçmiş iraqlı komandir Kərim Həsən təşkilatın hələ də güclü olduğunu deyib. O bildirib ki, həbsxanalar İŞİD terror təşkilatının təlim yerinə çevrilib:

"Həbsxanalardakı bəzi İŞİD-çilər əfv fərmanı ilə azad edildi. Təşkilat artıq həbsxanaya ikinci baza kimi baxır. İstəyirik ki, hökumət ölüm cəzasına məhkum edilən terrorçuları edam etsin. Ölkə prezidenti edamla bağlı qərarları gec imzaladığı üçün bu cəzalar vaxtında həyata keçirilmir. Belədə bəzi terrorçular azadlığa çıxaraq, yenidən öz fəaliyyətlərini davam etdirirlər”.