Tanrını “axmaq” adlandırdı, ölkə ayaqlandı...

  • 27 iyun 2018, 10:45
Filippində qeyri-adi hadisə baş verib.
Demokratik.Az-ın məlumatına görə, Filippin dövlətinin başçısı Rodriqo Duterte tanrının "səfeh" olduğunu deyib. Dutertenin sözləri əhalinin 86 faizindən çoxunun Katolik olduğu ölkədə qəzəb yaradıb.
Televiziya ilə yayımlanan çıxışında prezident Allaha "axmaq" dedikdən sonra İncildə Adəm və Həvvanın Tanrının gözündən düşməsi hekayəsini və xristianlıqdakı ilk günah anlayışını da tənqid edib. 
Kilsə və çox sayda filippinli Dutertenin açıqlamalarını tənqid edərkən Dutartenin ofisindən dövlət başçısının şəxsi fikirlərini dilə gətirdiyi bildirilib. 
Qeyd edək ki, Rodriqo Duterte daha əvvəl də Roma Papasını sərt bir dillə tənqid etmiş və onu "təcavüzkar, zalım və qadın düşməni" kimi dəyərləndirilmişdi.
Oxşar xəbərlər