Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?

  • 17 iyun 2018, 17:12

Baş nazir "Artıq bu qadınla çalışa bilmərəm” dedi

Bu həftə Almaniyada Merkel hökuməti üçün qərar həftəsi olacaq.

Miqrantların sərhəddən geri qaytarılması məsələsində baş nazir Merkellə qarşı-qarşıya gələn koalisiyanın kiçik ortağı CSU lideri və daxili işlər naziri Seehofer "Artıq bu qadınla çalışa bilmərəm” deyib. 

"Welt am Sonntag” qəzetinin xəbərinə görə, Seehofer, CSY-lu nazirlər və qrup rəhbəri Aleksandr Dobrindt ilə çox dar bir qrup içində keçirdiyi iclasda ilk dəfə bu sözdən istifadə edib. Onun bu sözləri isə Almaniyada Merkel hökumətinin sonu mənasına gəlir. Seehofer sözlərinin ictimaiyyətə çatdırılmasından sonra Merkeli aşağılamaq niyyətində olmadığını deyib. Ancaq bazar ertəsi sabahı iki qardaş partiya məclisi və rəhbərlik ayrı-ayrı toplanacaq. Merkel Berlində öz partiyası CDU rəhbərliyindən onun arxasında dayandığını göstərməsini istəyəcək. CSU lideri Seehofer isə partiyasının bir nəfər kimi ona dəstək verdiyini göstərəcək. Toplantıdan sonra veriləcək açıqlamaar Almaniyada hökumətin taleyini müəyyənləşdirəcək.

MERKEL VƏZİFƏDƏN ÇIXARILACAQMI?

Daxili işlər naziri Seehofer, baş nazir Merkeli miqrantların sərhəddən geri qaytarılmasına bazar ertəsi gününə qədər razılıq verməyəcəyi halda nazir səlahiyyətlərindən istifadə edərək, sərhəd polisinə bu təlimatı verəcəyi ilə bağlı təhdid etmişdi. Seehofer bazar ertəsi günü bu təlimatı verəcəkmi? Əks hada Seehofer geri addım atmış olacaq və kreslosunu tərk etmək zorunda qalacaq. Daxili işlər nazirinin belə bir təlimatı verməsi halında Merkelin baş nazirə qarşı tək başına qərar aldığı üçün Seehoferi daxili işlər nazirliyindən çıxarması lazım gələcək. Əks halda nazir Seehofer qarşısında məğlub vəziyyətə düşən Merkelin həm hökumət, həm də partiyası içində nüfuzu təhlükəyə girəcək. Merkel nazir Seehoferi vəzifədən çıxaracağı halda, bu zaman da kiçik ortağı CSU, hökumətdən çıxacaq. Çoxluğu itirən Merkel hökuməti qurulduqdan 3 ay sonra dağılacaq.

Vəziyyətin çox ciddi olduğunu görən baş nazir Merkelin AB ölkələri ilə təcili bir toplantı üçün çalışmalar etdiyi iddia olunub. Bu ay sonu AB liderlərinin fövqəladə zirvə toplantısı var. Baş nazir Merkel bu zirvədə probemə Avropa Birliyi olaraq ortaq çıxış yolu tapmaq üçün daxili işlər naziri Seehoferə uzlaşma təklifi vermiş, amma Seehofer bu təklifi rədd etmişdi. "Bild” qəzetinin xəbərinə görə, hökuməti xilas etmə təlaşına düşən Merkel zirveəyə qədər Yunanıstan, İtaliya və Avstraliya ilə təcili bir yığıncaq keçirmək istəyir. Amma hökumət sözçüsü Steffen Seibert, qaçqın problemi ilə bağlı fövqəladə bir AB zirvəsi planlaşdırılmadığını, amma hökumətin AB Komissiyası və ölkələri ilə görüşlər keçirdiyini açıqladı. 

Almaniyaya gələn qaçqın sayı çox azalmış olsa da, koalisiyanın kiçik ortağı CSU-nun hökumət krizinə yol açmasında dekabr ayında Bavariyada keçiriləcək seçkilər səbəb olaraq göstərilir. CSU-nun qaçqınların Almaniya sərhədindən geri qaytarılmasını, Bavariyadakı seçkiiləri qazanmasının yeganə şansı olaraq görüldüyü şərhləri səsləndirilir. CSU bu səbəblə daha öncə Avropa ölkələrinə giriş edərək, orada qeydiyyatı olan qaçqınların Almaniya sərhədindən geri qaytarılmasını, Almaniyaya gəlmiş olanların da bu ölkələrə geri göndərilməsini istəyir. 

2017-ci ildə başqa bir Avropa ölkəsində qeydiyyatı olan 65 min, bu il isə 18 min qaçqın Almaniyaya sığınmaq üçün müraciət edib. 

Baş nazir Merkel isə Almaniyanın tək tərəfli hərəkət edəcəyi halda, AB

Oxşar xəbərlər