Gürcüstanda hökumət böhranı - Baş nazir istefa verdi

  • 14 iyun 2018, 08:16
Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili istefa verib. O, özü bu barədə məlumat verib.
"Mən hər vətəndaşın baş naziri olmağa çalışdım. Mən komanda oyunçusu idim. Bu səbəbdən komandadakı əhval-ruhiyyəni hiss edirəm və qərar verirəm. Mənim vəziyyətimdə istənilən rəhbər belə qərar qəbul etməlidir. Bu gündən tutduğum vəzifəni tərk edirəm”, - deyə baş nazir bildirib.

Baş nazirin istefası ilə bütün hökumət istefaya gedib.

 

Demokratik.Az

Oxşar xəbərlər