BMT Baş Assambleyası Fələstini müdafiə edib - QƏTNAMƏ

  • 14 iyun 2018, 08:06

BMT Baş Assambleyası, İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qərarı səs çoxluğu ilə qəbul etdi. Səsvermə BA-nın 10-cu xüsusi sessiyasında baş verib.

Sənədin lehinə 120 dövlət, 8 əleyhinə səs verib, 45 ölkə isə bitərəf qalıb.

Ərəb ölkələri tərəfindən hazırlanan BMT-nin qətnamə layihəsində İsrail tərəfindən Fələstinin dinc sakinlərinə qarşı həddən artıq, qeyri-proporsional gücdən istifadə ilə əlaqədar təəssüf hissi ifadə edilir. Sənəd, İsraili bu tipli hərəkətlərdən çəkinməyə və qanuni öhdəliklərə riayət etməyə çağırıb./Trend/

Oxşar xəbərlər