İtaliya PKK-ya yardım göndərdi

  • 12 iyun 2018, 19:24

İtaliya Suriyanın Deyr əz-Zor bölgəsində olan YPG-PKK qruplaşmasına dəstək olması üçün Suriyaya hərbçilərini göndərib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi yerli mənbələrə istinadla informasiya yayıb.

Məlumata görə, təxminən bir həftə əvvəl Suriyanın şimalında YPG-PKK nəzarətindəki ərazilərə İraq bölgəsindən İtaliya əsgərləri daxil olub. Əsgərlər əvvəlcə Hasekə, daha sonra isə Deyr əz-Zora gəlib. Burada italiyalı əsgərlər Ömər neft yatağı ərazisindəki ABŞ hərbi bazasında məskunlaşıblar.

Oxşar xəbərlər