Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:28 - 19.06.2018  
Avropa - ABŞ ticarət savaşı nə qədər sürəcək?
Tarix: 4-06-2018, 00:27 | Bölmə: Xəbərlər » Dünyada

"Avropa bu vaxta qədər ən yaxşı bacardığı işi görməlidir: Gözləmək- "Die Presse”

Avropa - ABŞ ticarət savaşı nə qədər sürəcək?ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra verdiyi ən böyük vədlərindən birini yerinə yetirib - az qala bütün dünya ilə ticarət müharibəsi aparmaq....

Özü də Ağ Evin yeni rəhbəri üçün qarşısındakının kim olmasının fərqi də yoxdur-istər geopolitik düşmən Çin olsun, istərsə də NATO müttəfiqi sayılan Avropa Birliyi.

İqtisad təhlilçilərinin fikrincə, Avropanın bu savaşda qalib gəlmə şansı yoxdur. Buna görə də səbr problemin ən yaxşı dərmanı ola bilər.

"Tramp hazırda seçki kampaniyasının ən qızğın vaxtındadır (noyabr ayında Nümayəndələr palatasına və Senatın bir hissəsinə seçkilər keçiriləcək-red.). Ona görə də Avropa Trampın əlinə yeni kozır vermədən, özünü ticarət müharibəsinin içinə atmamalıdır”, -Almaniyanın "Die Presse” qəzetindən Gerhard Hofer yazır.

Məqalədə ABŞ prezidentinin Avropanı metal və alüminium məhsullarına cərimə rüsumları tətbiq edəcəyi ilə hədələdiyi qeyd olunur.

"Əgər avropalılar İncildəki "gözə-göz, dişə-diş” prinsipi ilə hərəkət etməli olduğunu düşünürlərsə, o zaman amerikalıların bu meydanda daha təcrübəli olduğunu, həmçinin əsas tuzların Vaşinqtonun əlində tutulduğunu bilməlidirlər. İş Avropadan gətirilən avtomobillərə də əlavə rüsum tətbiq olunmasına qədər çıxa bilər. Bundan başqa, ticarət müharibəsi türk lirasının çöküşünü və "Breksit”in hələ ortaya çıxmayan başqa nəticələrini də özü ilə bərabər uçuruma daşıya bilər”, - müəllif qeyd edir.

Hofferin firkincə, avropalıların bu savaşda qalib gəlmək şansı olduqca azdır:

"İndi, bir ağızdan, xorla "Ağ evi zəbt edən dəli” haqqında mahnı oxumaq əvəzinə obyektiv situasiyaya baxmaq lazımdır. Məlumdur ki, Avropanın ABŞ mallarına tətbiq etdiyi rüsümlar orta hesabla 1,7 % çoxdur. Trampın cərimə rüsumları, onun dediyinə görə, belə bir ədalətsizliyi düzəltmək üçündür”.

Müəllif rüsum məsələsinin altında başqa səbəblərin olduğunu düşünür:

"Burada söhbət stəkanda qoparılan siyasi-iqtisadi fırtınadan gedə bilər. AB ölkələri ABŞ-a hər il 5 milyard dollarlıq metal ixrac edirlər. Statistikada bu əslində qəpik-quruş kimi görünür. Lakin əgər avropalılar cavab olaraq, məsələn, Floridadan gələn portağallara və ya Viskonsindən gətirilən motosikletlərə sanksiya tətbiq etsə, iş əsl ticarət münaqişəsinə qədər gedib çıxacaq. Həqiqi böhran vəziyyəti isə Trampın Avropanın minik maşınlarına gətirə biləcəyi rüsumlar zamanı ortaya çıxa bilər. Avropanın statistika idarəsi "Eurostat”ın məlumatlarına görə, Birliyin ABŞ-a ixrac etdiyi mallar içində məhz avtomobillər birinci yer tutur-38 milyard dollar!”.

Hofferin rəyinə görə, AB prezidenti və Avropadakı bəzi populist qüvvələr məsələni qəsdən şişirtməklə daxili auditoriyaya oynayırlar.

"Tramp başa düşür ki, rüsumlar Avropa ilə ticarət kəsirini azaltmaz. Lakin noyabrdakı seçkilərdə onun seçicilərə nəyisə göstərməsi lazımdır. Özü də Tramp metal sənayesinin güclü olduğu Ohayo və Pensilvaniya ştatlarında həm senator, həm də qubernator seçkilərini udmaq istəyir. Bu avtomobil sənayesinin beşiyi sayılan Miçiqana da aiddir”.

Yazıda Trampın istənilən xarici siyasi fəaliyyətə seçicilərin gözündə əlavə xal qazanmaq vasitəsi kimi baxdığı qeyd olunur.

Avropa - ABŞ ticarət savaşı nə qədər sürəcək?

"Avropada isə populistlər indi tam anti-amerikan xəttini götürüblər. Trampın davranışları isə onlar tərəfindən böyük məmnuniyyətlə arqument kimi istifadə olunur. Moskvaya yaxın bu cür siyasətçilər bundan istifadə edərək, anti-Rusiya sanksiyalarını da azaltmağı fikirləşirlər”, - yazıda bildirilir.

Müəllif Hoffer AB-nin son böhranlardan sonra gözləmə mövqeyi tutmaq əvəzinə tələsik şəkildə cavab addımları atmasının əsl səfehlik olacağını qeyd edib.

Xəbər 2104 dəfə oxunub






Oxşar xəbərlər

Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10598] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00756] calend [0.00043] topnewsend [0.00300] rsssend [0.00000] ehgend [0.01114] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08258]