Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:50 - 17.08.2018  
Qanlı döyüşlərə QAPI AÇILDI - İşğalçı rejim kapitulyasiyanın BİR ADDIMLIĞINDA - canlı yayım
Tarix: 2-05-2018, 19:31 | Bölmə: Xəbərlər » Dünyada

Qanlı döyüşlərə QAPI AÇILDI - İşğalçı rejim kapitulyasiyanın BİR ADDIMLIĞINDAİrəvanda avtomobillərin hərəkəti demək olar ki, dayandırılıb, metropoliten işçilərinin bir hissəsi aksiyalara qoşulduğu üçün yeraltı nəqliyyat vasitəsinin işi pozulub.

Publika.az xəbər verir ki, bu haqda "İnterfaks” agentliyinin müxbiri bildirib.

Paytaxtın bütün rayonlarının sakinləri etiraz aksiyalarına qoşulub. Paytaxta aparan bütün yollar kəsilib. Bir sıra dövlət idarələrinin binalarına, xüsusi halda, Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinə giriş bağlanıb.

Erməni KİV-i İrəvan və Gümrü arasında dəmir yolunun bağlandığı barədə məlumat yayıb. Həmçinin, Ermənistan-Gürcüstan yolunun bir hissəsi olan İrəvan-Sevan yolu kəsilib. İrəvan "Zvartnos” beynəlxalq aeroportunun əməkdaşları da etiraz aksiyasına qoşulublar. Aeroportda tətil elan edilib. Məktəblər və universitetlər bağlanıb.

Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə də etirazlar başlayıb. Yüzlərlə etirazçı şəhər meriyasına daxil olaraq oturaq tətilə başlayıblar. Onlar meriyanın işinin dayandırılmasını və mer Samvel Balasanyanın etiraz aksiyalarına qoşulmağı tələb edirlər.

"Biz tələb edirik ki, Gümrünün meri Samvel Balasanyan müxalifət hərəkətına qoşulsun", - etiraz aksiyasının liderlərindən olan Levon Barseqyan biri bildirib.

Onun sözlərinə görə, şəhərdə hər şey müxalifət tərəfdarlarının nəzarəti altındadır.

Nümayişçilər həmçinin Gümrü və Şirak vilayətinin vergi administrasiyalarının binalarını mühasirəyə alıblar.

Oxşar vəziyyət ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda yaranıb. Vilayət administrasiyası və meriyaya girişlər, həmçinin mərkəzi küçələrə girişlər bağlanıb.

Maralike şəhərində də analoji vəziyyət hökm sürür. Burada nümayişçilər meriya binasında zorla girərək dövlət əleyhinə şüarlar oxuyurlar.

Tavuş vilayət administrasiyasının rəhbər şəxslərindən başqa bütün əməkdaşları ölkədəki etiraz aksiyalarına qoşulub. İcevan şəhər meriyasının əməkdaşları da etirazlara başlayıblar.

Nikol Paşinyan İrəvan və ölkənin regionlarının sakinlərini istənilən toqquşmalardan çəkinməyə çağırıb.

"Heç bir toqquşma, heç bir təcavüzə yol vermək olmaz. Bütün bizim hərəkətlərimiz dinc xarakter daşımalıdır", - müxalifət lideri feysbuk səhifəsində birbaşa yayımda deyib.

***

Paytaxtın mərkəzi küçələri üzrə təntənəli yürüşlərdə tələbələr və yuxarı siniflərin şagirdləri də iştirak edir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinin təmin olunması üçün hərbi texnikanın fasiləsiz hərəkətini təmin etməyə çağırıb. Bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyanın feysbukda yayılan bəyanatında deyilir.

Siyasi ekspertlər xəbərdarlıq edirlər ki, müddətsiz etiraz aksiyalarının başlanması və paytaxtda hərəkətin iflic vəziyyətinə salınması ölkəni qanlı qarşıdurmalara apara bilər.

Siyasi şərhçi Sarqis Artsruni hələ parlamentdə baş nazir seçkilərinin nəticələrinin məlum olmasından əvvəl yazmışdı ki, Paşinyanın seçilmə ehtimalı çox azdır.

"Bunu Paşinyanın özü də anlayır. Buna görə də o, özünün B planını hazırlayıb. B planında uzunmüddətli etiraz aksiyaları var”, - deyə Artsruni bildirib.

Onun sözlərinə görə, Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanın ona səs verməmələri üçün deputatlara təzyiq göstərməsi ilə bağlı açıqlaması əslində B planına hesablanıb: "Paşinyan bugünkü seçkidə seçilməyəcəyini anlayır və daha uzunmüddətli kütləvi aksiyalar modelini hazırlamağa çalışır. Sarkisyan və Koçaryanın təzyiq etdiyinə dair açıqlaması da ictimai rəyə hesablanmış addımdır. Çünki o, seçilməsə "mən demişdim, deputatlara təzyiq edirlər” deyə bildirəcək və xalqı küçə mübarizəsinə cəlb edəcək. Bu daha təhlükəli nəticələr yarada bilər. Əgər kütləvi aksiyalar davam edəcəksə, bu, qanlı döyüşlərə çevrilə bilər”.

***

Bu gün səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı İrəvanda etirazlar yenidən alovlanıb.

Aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Nikol Paşinyanın çağırışı ilə küçələrə axışan etirazçılar paytaxtdan "Zvartnos" hava limanına gedən avtomobil yolunu bağlayıb. Həmçinin paytaxt istiqamətinə gedən digər alternativ yollar da etirazçılar tərəfindən bağlanıb.

Hava limanına gedən yolun açılması üçün əraziyə polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, dünən parlamentdə baş nazir postuna seçkilər keçirilib. "Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. Qanuna əsasən, bir həftə sonra parlament yenidən baş naziri seçməyə çalışacaq, əks təqdirdə parlament avtomatik buraxılacaq.


Xəbər 5277 dəfə oxunub






Oxşar xəbərlər

Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11945] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00763] calend [0.00040] topnewsend [0.00329] rsssend [0.00000] ehgend [0.01536] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09154]