Demokratik TV
Xəbər lenti
Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi
- 01 may 2018, 21:18
Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.
APA-nın xəbərinə görə, baş nazir vəzifəsinə yeganə namizəd, "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.
Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.
Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ermənistan yol ayrıcına gəldi – kritik seçim!
Eynulla Fətullayev Nikol Paşinyanı tanıdığını yazdı
Paşinyan vay-şivəni davam etdirir
Ermənistan kritik həftəyə girdi - müharibə XOFU
Ermənistanda Serj Sarkisyanın baş nazir olmasını istəmirlər
Paşinyan Yerevanı tərk etdi – bölgələrdə mitinqlər başladı
Avropa Parlamenti seçkiyə müşahidəçi göndərmir
Paşinyanın erməni xisləti - Qarabağdakı separatizmi o da dəstəkləyir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti