Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:16 - 17.10.2018  
Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?
Tarix: 24-04-2018, 13:17 | Bölmə: Xəbərlər » Dünyada

Politoloq Şahin Cəfərli Ermənistanda baş verən hadisələrlə bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com siyasi ekspertin yazısını təqdim edir: 

Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?"Dünəndən bəri ən çox rastlaşdığımız və Ermənistanla bağlı müzakirələrin əsasını təşkil edən mövzu budur. Mən Ermənistandakı proseslər barədə çox dərin və hərtərəfli məlumatlara malik olduğumu söyləyə bilmərəm. Amma əldə olan məlumatlar əsasında gəldiyim nəticə budur: Ermənistanda inqilabı erməni xalqının özü etdi. Yeni prezident Armen Sarkisyanın müraciətində önəmli bir cümlə gördüm, məncə, hadisələrin səbəbini, mahiyyətini anlamaq üçün açar cümlədir: Erməni gəncliyi öz gələcəyini görmürdü...

Ermənistan, eləcə də biz və digər postsovet ölkələri müstəqilliyin 27-ci ilindəyik. Müstəqilliyin elan olunmasından sonra doğulanların yəqin ki, xeyli hissəsi ailə qurub və artıq 2-ci nəsil gəlir. Çox yaxın keçmişdə, 2000-ci ildə doğulanlar da böyüyüb həddi-buluğa çatıblar. Demoqrafik basqı güclənir. Və bu gənclərin əksəriyyəti öz vətənlərində özlərini qonaq kimi hiss edirlər. Azadlıqlar məhdudlaşdırılıb. Sosial ədalət yoxdur. Cəmiyyətdə irəli getmək, özünü reallaşdırmaq, karyera yüksəlişi üçün yaxşı təhsil, savad, bacarıq kimi keyfiyyətlər yetmir, müəyyən məsafəyə qədər irəlilədikdən sonra qapılar bağlanır. Azad seçki yoxdur və bu, o deməkdir ki, insanlar öz vətənində seçmək, seçilmək hüququndan qeyri-rəsmi olaraq məhrumdur. Meritokratiyaya, yəni layiqlilərin irəli getməsinə deyil, nepotizmə, yəni qohumbazlığa, tayfa, klan, qrup mənsubiyyətinə əsaslanan sistem qurulub. Ermənistanda baş verənlərin arxa planında məhz bu səbəblər – ümidsizlik və total məyusluqdan doğan qəzəb və hiddət dayanır. Aşağılar əvvəlki kimi idarə olunmaq istəmir. (Bütün bunlar bizə də aiddir.)

Ermənistandakı proseslərin inkişafına gəldikdə isə, hazırda Nikol Paşinyan haqlı olaraq erkən parlament seçkilərinin keçirilməsində israr edir. Doğrudan da azad, şəffaf, demokratik seçki keçirilmədən inqilabı baş tutmuş saymaq olmaz. Rusiya Paşinyana güvənmir və seçki elan olunarsa, Karapetyanın liderliyi ilə Respublika Partiyasının qələbəsində maraqlı olacaq. Təbii ki, erməni xalqının seçimi həlledicidir və onlar Serj Sarkisyandan qalma Respublika Partiyasına səs verməyə də bilər. Bir məqam indidən aydındır ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, azad və demokratik seçkilər baş tutarsa, bu, ermənilərin böyük qələbəsi olacaq. Hətta Ermənistanın demokratik inkişaf baxımından regionun lider dövlətinə çevrilmək şansı da var, çünki Gürcüstan hələ tam demokratik ölkə deyil və İvanişvili orada yarımdemokratik, yarımavtoritar rejim qurub.

Ermənistanın demokratikləşməsi, beynəlxalq miqyasda nüfuzunun artması təbii ki, bizim maraqlarımıza uyğun deyil, amma bu amilin Azərbaycan iqtidarı üzərində psixoloji basqı yaradacağını da düşünürəm. Ölkəmizdə növbəti parlament seçkilərinin heç olmasa, nisbi demokratik şərtlərdə gerçəkləşməsi milli maraqlar baxımından həyati zərurət halına gəlib. Bunun əksi heç kimə xeyir gətirməyəcək: nə dövlətə, nə xalqa, nə də hökumətin özünə...

P.S. Ermənistan hadisələrində xarici amillərin rolu barədə növbəti yazıda".

Demokratik.Az

Xəbər 2130 dəfə oxunub






Oxşar xəbərlər

Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
Sabah Bakıda yağış yağacaq
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
Fikrət Yusifov məmurlara nəzarət mexanizmi təklif etdi - "İctimai nəzarət gücləndirilsin!"
Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”
BÜRCÜNÜZ – 14 oktyabr
Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb
Ağdamın Əfətli kəndindı mina aşkar edilib
Lüksemburqda parlament seçkiləri keçirilib
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Türkiyəli məşhur cütlük barışdı
Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu
Səudiyyə kralı Trampdan zəng gözləyir
HƏBSDƏKİ BANKİRƏ ŞOK İTTİHAM - Seçkilərə müdaxilə
Bakını pis günə qoymuş məmurlar hədəfdə
Nemət Pənahlıya 30 sutka həbs verilib
Trampın adamı Bakıya xüsusi təkliflə gəlir
Lotu Quli İstanbulda möhtəşəm sxodka keçirib - DETALLAR
“Prezidentə can borcum var” – jurnalist Səbuhi Məmmədli
Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş
İnam Kərimov sədr təyin olunub - Sərəncam
Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib? - Açıqlandı
İranda BİABIRÇILIQ: - 11-14 yaşlı 650 qız ərə verilib
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Paşinyanın Serj Sərkisyan yolu və blef - İDDİA
EKSPERT: "Rusiya Azərbaycanda “Amerika laboratoriyası” axtarır"
İsrail ordusu F-35-ləri yoxlayacaq – Əmr
Futbolçu Arda Turan polisdə 3 saat dindirildi /O nə danışıb? – Video
Ölkə başçısı 3 sərəncam imzaladı
Alvi: Qarabağa görə Ermənistanı tanımırıq
Nahidə məşhur mahnısını təqdim etdi - Video
Millimiz möhtəşəm qələbə qazandı - 3:0
Təqaüdə çıxa bilməyən kişi özünü yandırdı - Bakıda
ABŞ-da qasırğa : 800-dən çox aviareys ləğv olunub
Elmar Vəliyev və Gəncənin sabiq "torpaq baronu" bankları belə xortumlayıbmış...
Günün falı: 12 oktyabr
HAVA XƏBƏRDARLIĞI - SOYUQ - LEYSAN - DOLU
Jurnalistlərə tikilən 3-cü bina 2020-də paylanacaq
Mətbuatda şəxsiyyəti alçaltmaya görə yeni cəza - 1 İL HƏBS
Qubada silsilə oğurluq edən 18 yaşlı gənc saxlanıldı
ƏHMƏDZADƏNİN QURUMUNDA NÖQSANLAR: ASC-NİN RƏHBƏRİ İSƏ İLLƏRDİR SUSUR
“Yalan yazırlar, mənə böhtan atırlar” – sabiq nazir
ADAU da Tarla günü - Calal Əliyevin xatirəsinə
“Tikilmiş stansiyalar tam gücü ilə işləmir” - Prezident

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10966] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00749] calend [0.00039] topnewsend [0.00298] rsssend [0.00000] ehgend [0.00977] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08785]