Estoniya son bir ildə 4 rus kəşfiyyatçısı tutub - adlar

  • 14 apr 2018, 19:50

Estoniyada son bir ildə Rusiyanın 4 casusu yaxalanıb. Bunların sırasında hətta hökumətdən siyasi sığınacaq istəyən və hökumətin kompüter şəbəkələrini sıradan çıxarmaqda təqsirləndirilən haker də var...

Bununla bağlı "Buzzfeed” saytının yazarı Holger Roonema xususi məqalə yazıb.

Müəllif yazısındakı faktları Estoniyanın Daxili Təhlükəsizlik Xidmətinin (KARO olaraq tanınır-red) illik hesabatına görə verib.
"KARO bu casuslardan birinin adını da çəkib. Bu Pskov şəhərində şərq döyüş sənəti üzrə məşqçi işində çalışan Mixail Petrovdur. "Keçən ilin iyununda Petrov guya Rusiyanın hava desant qoşunlarının 76-cı diviziyasının bazasının divarına Ukraynadakı müharibəni dayandırmaqla bağlı yazısına görə təqib olunub. Daha sonra isə "Pskovskaya quberniya” qəzeti onun Estoniyaya qaçdığını və burada siyasi sığınacaq almaq üçün müraciət etdiyini yazıb.

Əslində isə KARO Petrovun Rusiyanın Federal Təhlükəsizlik Bürosunun agenti olduğunu üzə çıxarıb. KARO-nun məruzəsində Petrovun hələ ötən əsrin 90-cı illərində FTX ilə əməkdaşlıq etdiyi, onun KARO-nun binaları, əməkdaşları, hətta avtomobilləri barədə rus kəşfiyyatına müntəzəm məlumat verdiyi qeyd olunub.

Buna rəğmən KARO-nun direktor müavini Aleksandr Toots M.Petrovun siyasi sığınacaq barədəki müraciətinin səmimi olduğunu söyləyir. O, Petrovun əvvəllər prezident Putini dəstəklədiyini, sonradan müxalif düşərgəyə qoşulduğunu bildirib.
Hər halda Mixail Petrov Estoniyanın suverenliyi və müstəqilliyi əleyhinə yönəlik qeyri-zorakı fəaliyyətə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Roonema KARO-nun məruzəsində adı casus kimi keçən digər şəxsin də adını çəkib. Bu, 29 yaşlı Albert Provornikovdur. Rusiya FTX-si Provornikova Estoniyanın sərhəd və polis postları, habelə KARO-ya məxsus obyektlər, o cümlədən Estoniya ordusunun NATO zabitlərinin də tez-tez baş çəkdiyi "Kuperyanov piyada taboru” haqqında məlumat toplamağı tapşırıb.

Məruzədə Rusiyanın hərbi kəşfiyyatı ilə əməkdaşlıq edən daha iki şəxs haqqında məlumat verilir. Bunlardan biri, sonradan Rusiyada casusluqla ittiham edilib həbs olunan estoniyalı bir biznesmenlə mübadilə edilən Atryom Zinçenkodur.

İkincisi isə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə (QRU-red.) çalışan və Estoniyaya qarşı sui-qəsddə günahlandırılaraq 4 il müddətinə azadlıqdan məhrum edilən İlya Tixanovskidir.

Oxşar xəbərlər