Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:18 - 25.03.2019  
Putinin oliqarxlarının milyardları batır
Tarix: 11-04-2018, 09:32 | Bölmə: Xəbərlər » Dünyada

Hökumət əlacı ofşor yaratmaqda görür; sanksiyaların təsiri altına düşən oliqarxların təyyarələrini  istehsal edən şirkətlər onlara texniki xidmət göstərməkdən imtina etməli olacaqlar

Putinin oliqarxlarının milyardları batır"Bloomberg” agentliyinin hesablamalarına görə, ABŞ-ın sanksiyalar siyahısı açıqlandıqdan sonra Rusiyanın 27 varlı adamı 1 gün ərzində 16 milyard dollar itirib.

Qeyd edək ki, «Bloomberg» hər gün birjaların bağlanma saatına görə dünyanın 500 ən varlı adamının varidatını hesablayaraq reytinq tərtib edir. Aprelin 9-da bu siyahıda olan 27 Rusiya milyarderindən yalnız birinin varidatında artım qeydə alınıb, qalanı iri həcmdə vəsait itkisinə məruz qalıb.

Ən çox itkiyə "Norilskiy Nikel”in sahibi Vladimir Potanin məruz qalıb - 2,25 milyard dollar. Ondan sonra gələn "LUKoyl”un direktoru Vahid Ələkbərov 1,37 milyard dollar, "Renovo” qrupunun sahibi Viktor Vekselberq isə 1,28 milyard dollar itirib. Maraqlıdır ki, bu 3 nəfərdən yalnız V.Vekselberq sanksiya siyahısına düşüb. Adı siyahıda olan Oleq Deripaska bir günə 905 milyon dollar, iki birja günündə isə ümumilikdə 2 milyard dollardan yuxarı vəsait itkisinə məruz qalıb. Dünən məlum olub ki, İsveçrənin treyder şirkəti olan Glencore Deripaska ilə 11 illik əməkdaşlığı dayandırır. Şirkətin prezidenti Ayvan Qlazenberg "Rusal” Direktorlar Şurasının üzvlüyündən çıxıb. Glencore isə "Rusal”ın onda olan 8,75 faizlik səhmini Deripaskanın digər şirkəti olan "En+”un depozitləri ilə dəyişməkdən imtina edib.

Onu da qeyd edək ki, ABŞ-ın sanksiyaları yalnız adı orada olan şəxsləri deyil, Rusiyanın demək olar ki, bütün biznes elitasını ciddi itkilərə məruz qoymaqdadır. Xüsusilə dünya birjalarında qiymətli kağızları olan, Avropa və Qərb iqtisadiyyatına inteqrasiya etmiş şirkətlər böyük risklərlə üzləşiblər. Belə ki, xarici tərəfdaşlarda artıq onların da sanksiyalara məruz qalacağına dair rəylər formalaşdığı üçün bir çox müqavilələrin ləğv olunması, verilmiş kreditlərin vaxtından əvvəl geri tələb edilməsi prosesi sürətlənib. Xatırladaq ki, yanvarda ABŞ Maliyyə Nazirliyi Rusiyada sanksiyalarla üzləşə biləcək şəxslərin siyahısını açıqlamışdı. Həmin vaxtlar siyahıda adı olan şəxslər və onların şirkətlərinin tezliklə konkret sanksiyalara məruz qalacağı bildirilmişdi. Həmin vaxtdan etibarən xarici tərəfdaşlarla işləyən bir sıra böyük Rusiya şirkətləri, iş adamları ciddi çətinliklərlə üzləşirdilər. Məsələn, azərbaycanlı milyarder Araz Ağalarovun təyyarəsini Fransa bankının tələbi ilə ABŞ-da saxlamağa çalışmışdılar. Milyarderin verdiyi açıqlamaya görə, Fransa bankı ona vermiş olduğu kreditin vaxtından əvvəl ödənməsini tələb edib: "Biz məcbur olduq 20 milyon dolları öz cibimizdən banka vaxtından əvvəl ödəyək”. A.Ağalarovun dediyindən o da məlum olub ki, onun əsas kreditləri "Sberbank”dandır, xarici banklarda daha krediti qalmayıb. Amma aydın məsələdir ki, heç də hamı kreditlərini Rusiya banklarından götürməyib, məhsullarını yalnız Rusiyada satmır və sair. Üstəlik, başda "Sberbank” olmaqla, Rusiya banklarının özləri də sanksiyalardan ciddi zərər çəkməkdədirlər. "Vedomosti”nin yazdığına görə, məhz bu səbəbdən də qorxuya düşən biznes elita yeni sanksiyalar siyahısı açıqlanmamış xaricdə olan vəsaitlərini Rusiyaya geri çəkmək qərarına gəlib. Hətta bununla bağlı hökumətdən yardım istənilib.

Rusiyanın baş naziri Dmitri Medvedyev aprelin 9-da ABŞ-ın sanksiya siyahısına düşən şirkətlərin müdafiəsi üçün hökumətin tədbirlər hazırlayacağını vəd edib: "Bura aiddir həm metallurqlar, həm enerji sektorunda, həm də müdafiə sənayesi məhsulları ticarətində çalışan şirkətlər”. "Zərərçəkənlər”lə prezident Putinin də görüşəcəyi gözlənilir.

"Vedomosti”nin yazdığına görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi artıq ölkə ərazisində iki ofşor zonanın yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihənin Dumanın yaz sessiyasının müzakirəsinə çıxarılacağı gözlənilir. Məqsəd xarici ofşorlarda olan vəsaitlərin Rusiyaya qayıtmasını təmin etməkdir. Bununla da Rusiya hökuməti mümkün əlavə sanksiyalara məruz qalacaq biznes elitaya vəsaitlərini qısa müddətdə və eyni şərtlərlə təhlükəsiz əraziyə köçürmək imkanı yaratmaq istəyir. Rusiya ofşorlarının ABŞ-ın Delaver ştatındakına bənzər rejimdə fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, Rusiyanın ən ucqar ərazilərində yaradılması nəzərdə tutulan bu zonalara maraq yalnız konkret sanksiyalara məruz qalaraq vəsaitlərini qoymağa yer tapmayan  şirkətlərdə yarana bilər. Onların fikrincə, ofşorlar üçün nəzərdə tutulan qaydalar bütün Rusiya ərazisinə şamil olunmalıdır ki, sanksiyalardan kənarda qalan yerli, həmçinin xarici şirkətləri də cəlb etmək mümkün olsun.

ABŞ hökumətinin ötən həftə tətbiq etdiyi sanksiyalardan sonra rusiyalı oliqarxların şəxsi təyyarələrinə təhdid yaranıb. Virtualaz.org RBC agentiyinə istinadən bildirir ki, sanksiyaların təsiri altına düşən oliqarxların əksəriyyəti ABŞ istehsalı olan "Gulfstream” və "Boeing” təyyarələri ilə uçur. İndi isə həmin təyyarələri istehsal edən şirkətlər onlara texniki xidmət göstərməkdən imtina etməli olacaqlar. Çünki bunu ABŞ-ın sanksiyalar haqda qanunu tələb edir.

Bu siyahıda yer alan dağıstanlı milyarder Süleyman Kərimov iki "Boeing 737-7BJ” və "Boeing-737-8LX” təyyarələrinə malikdir. Son sanksiyalardan sonra müflisləşmə həddinə gəlib çatan Oleq Deripaskanın isə "Gulfstream 550" biznes-jeti var. ”Surqutnefteqaz" şirkətinin rəhbəri Vladimir Boqdanov isə "Gulfstream IV-SP” təyyarəsində uçur. Deməli "Boeing” və "Gulftream” şirkətləri bu təyyarələrə texniki xidməti dayandırmalıdır. Bunsuz isə təyyarələrin uçması mümkün olmayacaq.

Onu da qeyd edək ki, Moskva birjalarında rubl əvvəlki gün olduğu kimi dəyərsizləşməyə davam edir. Aprelin 10-da günorta saatlarınadək dolların məzənnəsi daha 3 rubl artaraq 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq 63,7 rubla çatıb. Avro isə 4 rubla yaxın bahalaşaraq 2016-cı ilin aprelindən indiyədək ilk dəfə 78,5 rubl olub.

ABŞ sanksiyaları açıqlandıqdan sonra Rusiyanın fond birjalarında da kəskin enmələr müşahidə olunub. Belə ki, Mosbirjanın indeksi 8,34 faiz, Rusiyanın əsas indeksi olan RTS isə 11,44 faiz aşağı düşüb.

Xəbər 4065 dəfə oxunub






Oxşar xəbərlər

“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16316] initstartout [0.00014] initstartin [0.00082] calstart [0.00918] calend [0.00057] topnewsend [0.00353] rsssend [0.00000] ehgend [0.02299] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12542]