Bəşər Əsədin vurulan bazasından ilk - FOTOLAR

  • 09 apr 2018, 18:00

Suriya hökumət qüvvələrinin bu gecə raket zərbələri endirilən aviabazasından ilk görüntülər yayılıb.

Virtualaz.org xəbər verir ki, Rusiyanın Federal Xəbərlər Agentliyinin (FAN) Homsdakı müxbiri T-4 aviabazasında olub və raket zərbələrindən sonra bazanın görüntülərini çəkib.

Agentlik bildirir ki, raket zərbələrinin hədəfinin İran qüvvələri olduğu təxmin edilir. Çünki raketlər bazanın qərb qanadını hədəf alıb, orada isə İran İnqilab Qvardiyasının zabitləri yerləşirdi.



 


 

Oxşar xəbərlər