Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:40 - 21.09.2018  
Rusiya: "Suriyaya raket zərbələrini İsrail endirib"
Tarix: 9-04-2018, 14:14 | Bölmə: Xəbərlər » Dünyada

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ötən gecə saat 03.25 və 03.53-də İsrail Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Livan üzərindən Homs yaxınlığındakı T-4 aviabazasına raket zərbələri endirib.

Rusiya: "Suriyaya raket zərbələrini İsrail endirib"Suriya Hava Hücumundan Müdafiə qüvvələri idarəolunan "hava-yer” tipli raketlərlə endirilən beş zərbənin qarşısını alıb, lakin raketlərdən üçün hədəfə dəyib. Raketlər aviabazanın qərb hissəsini hədəf alıb.

Rəsmi Moskva İsraildən bu raket zərbələrinin məqsədi barədə izahat istəyir. Lakin İsrailin Moskvadakı səfirliyi şərh verməyib.

Raket zərbələri nəticəsində Rusiya hərbçiləri zərər çəkməyib. Amma İranın bir neçə hərbi müşavirinin həlak olduğu bildirilir.

* * *11:21

Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Suriyadakı aerodroma raket zərbələri İsrail Hərbi-Hava Qüvvələrinin iki F-15 təyyarəsi tərəfindən endirilib.

***10:37

Bu gün səhərə yaxın Suriya rejiminin Homs əyalətində yerləşən T-4 aviabazasına hələlik hansı dövlət tərəfindən endirildiyi məlum olmayan raket zərbələrinin təfərrüatları məlum olub. virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, raket zərbələri endirilən bazada İrana aid obyektlər və hərbçilər olub. Suriya müxalif qaynaqlarına istinadən bildirilir ki, fevralın 10-da İsrail ərazisinə daxil olan İran dronu həmin bazadan havaya qalxmışdı. Həmin vaxt dronun İsrail hava sahəsinə daxil olmasına cavab olaraq Suriyaya raket zərbələri endirilmişdi.

İsrail və ərəb qaynaqları raket zərbələrinə tuş gələn bazada İran hərbçilərinin də həlak olduğunu bildirir. Habelə bazada Rusiya hərbçilərinin də olduğu haqda məlumatlar var, lakin onların itki verib-vermədiyi bilinmir. Suriya rəsmi KİV-ləri bazaya raket zərbələri nəticəsində 14 hərbçinin həlak olduğunu, onlarla hərbçinin yaralandığını bildirir. Lakin ehtimal olunur ki, itkilər daha çoxdur.

Livanın "Al Mayadin” telekanalı bildirir ki, raket hücumları zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın hava sahəsində olub. Digər mənbələrə görə İsrail təyyarələri Suriya-Livan sərhədi boyu kəşfiyyat uçuşları keçirib və raket zərbələrinə aidiyyatı olmayıb.

Suriya KİV-ləri raket hücumunun ABŞ tərəfindən edildiyini təxmin edir.

* * *08:54

Bu gün aprelin 9-da səhərə yaxın Suriyanın Homs əyalətindəki T-4 aviabazasına güclü raket zərbələri endirilib. Virtualaz.org xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyi Hava Hücumundan Müdafiə qüvvələrinin bir neçə raketi vurduğunu bildirir. Lakin raketlərin hamısını vurmaq mümkün olmayıb və hücum nəticəsində Bəşər Əsədin ordu qüvvələri itki verib. İtkilərin sayı açıqlanmır, amma hərbçilər arasında ölən və yaralananların olduğu bildirilir.

Bu raket hücumu Suriya rejiminin Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan  şərqi Quta qəsəbəsinə həyata keçirdiyi kimyəvi silah hücumunun ardınca baş verib. Çəllək bombasına doldurulan və vertolyotdan atılan zarin qazının təsiri ilə şərqi Qutada yüzlərlə adam, o cümlədən çoxsaylı qadın və uşaqların həlak olduöğu bildirilir.

ABŞ administrasiyası şərqi Qutaya kimyəvi silah hücumuna görə məsuliyyəti Bəşər Əsəd rejimi ilə yanaşı Rusiyanın da üzərinə yükləyib. Bundan əvvəl ABŞ-ın kimyəvi silah hücumuna cavab olaraq Suriya rejimi qüvvələrinə raket zərbələri endirəcəyi haqda xəbərlər yayılmışdı. Lakin Pentaqon bu gecə endirilən raket zərbələrinə aidiyyatının olmadığını bildirib.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi Kristofer Şervud bildirib ki, onlar Suriyaya hava və raket zərbələri endirməyiblər. Hərçənd Pentaqon bu raket zərbələri barədə "məlumatlı olduğunu” da açıqlayıb. Livanın "Al Mayadin” telekanalı xəbər verir ki, raketlər Aralıq dənizi tərəfdən uçub və bu ölkənin Kiservan rayonunun üzərindən keçib.

İsrail də raket hücumunu şərh etmir. Bununla belə İsrailin strateji məsələlər və ictimai təhlükəsizlik naziri Gilad Erdan daha əvvəl bildirmişdi ki, ABŞ Suriyaya hücum etməlidir.

Xəbərlərə görə, BMT Təhlükəsizlik Şurasının 9 üzvü, o cümlədən daimi üzvlərdən ABŞ, Böyük Britaniya və Fransa şərqi Qutaya kimyəvi silah hücumuna görə Şuranın təcili iclasını çağırıblar. ABŞ prezidenti Donald Tramp özünün Tvitter səhifəsində Bəşər Əsədi "heyvan” adlandırıb və bildirib ki, kimyəvi silah hücumuna görə məsuliyyət daşıyanlar "böyük qiymət” ödəyəcəklər. Rusiya isə ümumiyyətlə Qutaya kimyəvi silah hücumunun baş verdiyini inkar edir. Hərçənd humanitar yardım könüllüləri zarin qazından boğulan çoxsaylı qadın və uşaqların dəhşətli görüntülərini yaymaqdadır.

Xəbər 1522 dəfə oxunub






Oxşar xəbərlər

Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11881] initstartout [0.00015] initstartin [0.00064] calstart [0.00727] calend [0.00040] topnewsend [0.00337] rsssend [0.00000] ehgend [0.00513] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10134]