İngiltərə geri çəkildi: Zəhər Rusiyaya aid deyilmiş

  • 05 apr 2018, 08:23

İngiltərə Xarici İşlər Nazirliyi keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə edildiyi iddia edilən sinir qazının birbaşa Rusiyadan gəldiyinə dair paylaşılan məlumatı silib.

Sputnik xəbər verir ki, İngiltərənin hərbi laboratoriyası "Porto Daun”un sədri Qari Aitkenheyd Skripal və qızının zəhərlənməsində istifadə edilən kimyəvi maddənin Rusiyadan gəlməsinin sübuta yetirilmədiyini bəyan edib. Bu açıqlamadan dərhal sonra XİN Tvitter hesabında paylaşılan tviti silib.

Qeyd edək ki, zəhərin Rusiyada istehsal edildiyi ilə bağlı hər hansı faktın olmaması İngiltərənin Rusiyaya yönəlik ittihamlarını əsassız edir.

Demokratik.Az

Oxşar xəbərlər