Türkmənistan prezidentinin oğlu deputat seçildi

  • 30 mart 2018, 10:19
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə - Məclisə deputat seçilib.

Bu barədə deputatların siyahısını dərc edən "Neytralnıy Turkmenistan" qəzeti məlumat yayıb.Bildirilib ki, prezidentin oğlu 25 saylı "Duşak" seçki dairəsindən parlamentə seçilib. Türkmənistan prezidentinin oğlu 1981-ci ildə doğulub. Qeyd edək ki, Türkmənistanda parlament seçkiləri martın 25-də keçirilib.(Modern.az )
Oxşar xəbərlər