BƏƏ ilk nüvə reaktorunun tikintisini sona çatdırıb

  • 27 mart 2018, 17:09

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə inşa edilən ilk "Baraka" atom elektrik stansiyasının (AES) birinci nüvə reaktorunun tikintisini sona çatdırıb.

Bu barədə "Report" WAM dövlət informasiya agentliyinə istinadən xəbər verir.

Nüvə reaktorunu 69 ay ərzində BƏƏ-nin Emirates Nuclear Energy Corporation (ENEC) şirkəti əsas podratçı və tərəfdaşı olan Cənubi Koreyanın Korea Electric Power Corporation (KEPCO) şirkəti ilə birgə inşa edib. Reaktor artıq may ayında yanacağın doldurulmasına hazır olacaq.

Qeyd edək ki, "Baraka" AES-in tikintisinə 2012-ci ildə başlanılıb, hazırda işlərin 86%-i yerinə yetirilib. İkinci, üçüncü və dördüncü reaktorlar üzrə işlərin müvafiq olaraq 92%, 81% və 66%-i görülüb.

Proqnozlara görə, tam istifadəyə veriləndən sonar AES BƏƏ-nin elektrik enerjisi ilə tələbatının, təxminən, 25%-ni təmin edəcək.

Hər birinin gücü 1400 mVt olan dörd PWR APR reaktorunun tikintisi 2020-ci ilədək həyata keçiriləcək. Hər bir obyektin istismar müddəti 60 il müəyyənləşdirilib.

"Demokratik.Az"

Oxşar xəbərlər