Şimali Koreyanın baş diplomatı Moskvaya gəlir

  • 26 mart 2018, 19:43

Şimali Koreyanın Xarici İşlər naziri Li Su Yon aprelin ortalarında Rusiyaya səfər edə bilər.

Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Agentlik hazırda səfərlə bağlı hazırlıqların aparıldığını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-la Şimali Koreya liderləri arasında görüş məsələsi gündəmə gəlib. Tərəflərin bu görüş sayəsində Koreya yarımadasında yaranan böhranı həll edə biləcəkləri iddia olunub.

Demokratik.Az

Oxşar xəbərlər