Tramp təhlükəsizlik üzrə müşavirini istefaya göndərib

  • 23 mart 2018, 10:54

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik üzrə müşaviri Herbert Makmasteri istefaya göndərib.

Trend-in məlumatına görə, ABŞ lideri bu barədə öz Twitter hesabında yazıb.

 

Makmasteri ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Con Boltonun əvəz edəcəyi bildirilir.

«9 aprel 2018-ci il tarixindən etibarən Con Boltonun təhlükəsizlik üzrə yeni müşavirim olacağı barədə xəbər verməyə şadam. General Makmasterə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm», - deyə o öz Twitter hesabında yazıb.

Demokratik.Az

Oxşar xəbərlər