Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənib

  • 18 mart 2018, 13:32
Türkiyə ordusu Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb. APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub. "Doğan" agentliyi artıq şəhərin tam nəzarət altına aldındığı barədə məlumat yayıb. "İhlas" agentliyi isə şəhərin bir məhəlləsinin nəzarətə götürlüdyü barədə məlumat yayıb.
Oxşar xəbərlər