Saakaşvilinin aksiyası başlayır: Dəhşətli qorxu var...

  • 18 mart 2018, 10:08

Mixail Saakaşvilinin tərəfdarları yenidən Poroşenkonun istefası tələbi ilə bu gün aksiya keçirəcək.

Demokratik.Az Azar.Az-a istinadən xəbər verir ki, Ümumukrayna marşında həmçinin DİN rəhbəri Arsen Avakov və Baş prokuror Yuri Lutsenkonun istefası da tələb ediləcək.

Təşkilatçılar tərəfdarlarını Ukraynanın bütün əyalət mərkəzlərində yürüş keçirməyə çağırıblar. Yürüş yenə də Saakaşvili olmadan baş tutacaq. Belə ki. Saakaşvilinin Ukraynaya girişinə 2021-ci ilə qədər qadağa qoyulub.

Marş yerli vaxtla saat 12:00-da Kiyevin Müstəqillik meydanında başlayacaq.

Saakaşvili sosial şəbəkə hesabında hakimiyyətin paralel olaraq Kreşatikdə aksiya keçirəcəyi barədə 8 martda paylaşdığı məlumatı yenidən xatırladıb. Qeyd edib ki, sosial şəbəkədə daha ciddi qərar verilməsi üçün çağırışlar edilir:

"Mən dinc aksiyanın tərəfdarıyam. Kim daha nəticəli fəaliyyət istəyirsə, bu, onun öz seçimidir: bu seçimi başa düşür və ona uğurlar arzulayıram. Eyni zamanda xatırladıram ki, bizim mübarizə metodumuza mane olmayın, çünki hakimiyyət dəhşətli dərəcədə məhz dinc aksiyadan qorxur”.

Demokratik.Az

Oxşar xəbərlər