Türkiyədə “polislər” azərbaycanlı qadına təcavüz etdilər

  • 16 mart 2018, 16:18

Türkiyədə azərbaycandan və başqa bir ölkədən olan iki qadın qaçırılıb.

Minval.info xəbər verir ki, Kocaeli şəhərində baş verən hadisəni törədən 4 nəfər özlərini polis kimi təqdim ediblər. Qadınlarla danışan şəxslər ardınca silahla onları hədələyiblər.

"Polislər” qadınları ünvanı məlum olmayan yerə apararaq onlara təcavüz ediblər.

Qadınların başlarına gələnlərlə bağlı polisə şikayət ediblər. Bundan sonra onları zorlayanlar saxlanılıb.


Oxşar xəbərlər