Türkiyə təyyarəsi İranda qəzaya uğradı -

  • 12 mart 2018, 08:11
İranda dəhşətli təyyarə qəzası baş verib.

Hürriyet qəzeti xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla hər kəs həlak olub. 

Təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunub.

Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. Səfir Tekin təyyarənin yerinin təsbit olunduğunu və təcili yardım, habelə yanğınsöndürən maşınların bölgəyə hərəkət etdiyini bildirib.

 


Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.

Lakin "subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib....

 


 

 

Qəza anının FOTOsu

Qeyd olunur ki, iş adamı Hüseyn Başaran Türkiyənin məşhur fındıq istehsalçılarından sayılan Başaran Holdingin sahibidir.

Əslən Trabzonlu olan Hüseyn Başarana məxsus holdinq fındıq sektorundan əlavə yaxt, maliyyə, inşaat, otelçilik, havaçılıq və enerji sektorlarında da fəaliyyət göstərir.

Hüseyn Başaran və qızı

İş adamının iki özəl jet təyyarəsi olub. Bunlardan biri uzun mənzilli Global Express, ikincisi isə qəzaya uğrayan Challenger 604-dür. Həmin təyyarə Kanadanın Bombardier şirkətinin istehsalı sayılır.

Ailənin tək qızı sayılan Minə Başaran 28 yaşında olub. Keçən ilin oktyabr ayında iş adamı Murat Gezer ilə nişanlanan Minə Başaranın yaxın vaxtlarda atasının yerinə holdinqin başına keçməli imiş. Minə Başaran 2013-cü ildə şirkətin idarə heyətinə üzv seçilibmiş.

Musavat.com

Oxşar xəbərlər