Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:22 - 14.12.2018  
Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdı
Tarix: 10-03-2018, 16:56 | Bölmə: Xəbərlər » Dünyada

Əyalətin 60 faizi silahlılardan təmizləndi; Afrin nədən bu qədər mühümdür?

Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdıTürkiyə ordusu Suriyanın Afrin əyalətinin eyni adlı mərkəzinin yerləşdiyi rayona daxil olub. Anadolu Agentliyinin məlumatına görə, Şavariqat əl-Caviz və Mələkiyə kəndlərini YPG-dən təmizləyən ordu qüvvələri Afrin rayonuna daxil olub. Bundan başqa Türkiyə ordusu Halobu kəndi və eləcə də Afrin və Azez şəhərini su ilə təmin edən 17 aprel su anbarını azad edib.

Türkiyə Silahlı Qüvvələri bəyan edib ki, "Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 20-dən bu günə qədər 3171 terrorçu zərərsizləşdirilib. Rəsmi açıqlamada bildirilir ki, əməliyyat başladıqdan bu günə qədər Türkiyə ordusu və ASO birləşmələri Afrində 5 bələdiyyə mərkəzi, 124 kənd, 31 mühüm əhəmiyyətli nöqtə olmaqla ümumilikdə 161 bölgəni nəzarətə götürüb.

Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdı

Qeyd edək ki, ordunun rəsmi məlumatında qeyd olunur ki, YPG və PKK hazırda əsas qüvvələrini, müdafiə xətlərini və səngərləri Afrinin mərkəzinə toplayıb. Bundan başqa terrorçular Afrinin mərkəzindən Suriya hökumətinin nəzarətində olan bölgələrə getmək istəyən dinc əhaliyə mane olur, onların qarşısını alır.

İnteraktiv xəritələrdən məlum olur ki, Türkiyə ordusu və müttəfiqləri hazırda Afrinin mərkəzinə bir neçə km məsafədədir. Ehtimal ki, bir sonrakı hədəf olaraq Afrin uğurunda döyüşlər başlayacaq. Yeri gəlmişkən, bir gün əvvəl Afrin yaxınlığında ən böyük yaşayış məntəqələrindən biri olan Cinderes şəhəri PYD/YPG-dən təmizlənib. Ümumilikdə isə Afrin ərazisinin 60 faizinin nəzarətə götürüldüyü bildirilir. Ümumilikdə 6 bələdiyyə mərkəzi və 300-dən çox kəndin yerləşdiyi Afrində hazırda kəndlərin yarısı təmizlənib. Türkiyə ordusunun məlumatına görə, ordu qüvvələri hazırda Afrinin sonuncu Mabadlı bələdiyyəsini azad etməyə hazırlaşır. Mabadlı alındıqdan sonra Afrin yolu tamamilə açılacaq və yeganə hədəf Afrin olacaq.

Ancaq Türkiyə ordusunun məlumatları və son günlərdə ABŞ ordusunun yaydığı məlumatlardan belə aydın olur ki, kürdlər Afrində müdafiəyə hazırlaşır. Xatırladaq ki, Pentaqon bəyan edib ki, kürd silahlıları Suriyanın şərqindəki İŞİD-lə cəbhəni tərk edərək Afrinə gedir. Üstəlik dinc əhalini Afrində saxlayan YPG silahlıları bununla hücumun işini çətinləşdirməyə çalışacaqlar. Türkiyə ordusunun yaydığı məlumatlardan belə aydın olur ki, kürdlər geri çəkilərək Afrində ciddi müdafiə xətti yaratmağa çalışırlar. Bu səbəbdən də hazırda Türkiyə ordusu birbaşa Afrinə hücum etmir, ətraf bələdiyyələri tamamilə ələ keçirərək Afrini tamamilə mühasirəyə almağa, sonda buraya hücum etməyi planlaşdırır.

Ərazinin mürəkkəb relyefi, dağlıq şərait, kürdlərin bölgəni yaxşı tanıması, Afrində hələ də çoxlu sayda mülki əhalinin qalması bu şəhərin ələ keçirilməsinin çətin olacağını göstərir. Üstəlik mülki əhalidən itkilərin olması Qərbin Türkiyəyə təzyiqləri artırmasına səbəb ola bilər. Burada daha bir mühüm məqam Suriya hakimiyyətinin mövqeyi olacaq. Ötən həftə Suriya hökumətinə bağlı silahlı qrupların Afrinin mərkəzinə daxil olması ilə bağlı xəbərlər yayıldı. Daha sonra Türkiyə ordusunun Afrinin mərkəzinə gedən hökumət tərəfdarı silahlı qrupu atəşə tutduğu və 50-dək silahlının ölməsi barədə məlumatlar yayıldı. Afrində Türkiyə ordusuna qarşı Suriya hökumət qüvvələrinin müdafiəyə qoşulması Afrin uğurunda mübarizəni uzada bilər.

Əslində hazırda Türkiyə ordusu qarşısına qoyduğu məqsədə nail olub. Türkiyə-Suriya sərhədində 30 kilometrdən çox içəriyə doğru irəliləyib. Yəni hazırda faktiki olaraq Türkiyə-Suriya sərhədi Afrin vilayətində tamamilə Türkiyə ordusunun nəzarətindədir və kürdlərin sərhədə təsir imkanları qalmayıb. Ancaq görünür ki, Ankara Afrini kürdlərdən təmizləməklə onları bu bölgədən uzaqlaşdırmaq və növbəti addım olaraq Menbicdə əməliyyata başlamağı düşünür. Çünki Afrin alınmadığı təqdirdə Menbicdə əməliyyatın başlaması real deyil. Bu səbəbdən də Türkiyə ordusu daha da irəliləyib Afrini bütövlükdə azad etmək və növbəti addıma, yəni Menbicə hücuma hazırlaşacaq. Maraqlıdır ki, kürdlər də eyni səbəbdən Afrin uğurunda ciddi müdafiəyə hazırlaşırlar. 

Çünki YPG rəhbərliyi də yaxşı anlayır ki, Afrini itirdikdən sonra Menbici müdafiə etməli olacaqlar. Bu səbəbdən də indi Afrin hər iki tərəf üçün həyati əhəmiyyətli məsələyə çevrilib. 

Xəbər 1712 dəfə oxunub






Oxşar xəbərlər

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13842] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00739] calend [0.00039] topnewsend [0.00326] rsssend [0.00000] ehgend [0.01382] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11236]