Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:15 - 20.09.2018  
Sərkisyanın protokol açıqlaması ölünün dəfnidir
Tarix: 3-03-2018, 16:00 | Bölmə: Xəbərlər » Dünyada

Sərkisyanın protokol açıqlaması ölünün dəfnidirTürkiyə Xarici İşlər Nazirliyi icra aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının keçmiş millət vəkili, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis Onur Öymənin APA-ya müsahibəsini təqdim edir:

- Bir neçə gün qabaq Ermənistan prezidenti 2009-ci ilin avqustun 31-də Türkiyə hökuməti ilə İsveçrədə imzalanan protokolların tamamilə ləğv edildiyini açıqladı. 2009-cu ilin oktyabrın 9-da Sürix protokollarının imzalanmasına qarşı çıxmış və imzalanmadan sonra da bu mübarizənizi davam etdirmişdiniz. 9 ildən sonra bu barədə nə demək istərdiniz?

- Ermənistanın Türkiyəyə qarşı bu qədər əsassız iddiası olduğu, qardaş Azərbaycanın torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayıb Xocalı soyqırımını törətdiyi halda, o ölkə ilə münasibətləri "normallaşdırmağın” absurd olduğunu o vaxt da dəfələrlə demişdik. "Sürix protokolları" işin əvvəlindən ölü doğulan uşaq idi. İmza mərasimindən bir neçə ay sonra Ermənistan Konstitusiya məhkəməsi protokolların Ermənistanın müstəqillik bəyannaməsinin ruhuna zidd olduğunu səbəb göstərərək icra edilə bilməyəcəyinə dair qərar qəbul etmiş, onları rəsmən zibilliyə atmışdı. O vaxt dəfələrlə Sürix protokollarını Türkiyə Böyük Millət Məclisinin də gündəliyindən çıxarılmasını təklif etmişdim. Millətin qəbul etmədiyi bir məsələnin Məclis gündəmində qalmasının mənası yox idi. Ermənistan dövlət başçısının açıqlaması ölünün dəfn edilməsinə bənzəyir. Türk diplomatlarını qətlə yetirmiş ASALA terror təşkilatının üzvlərinə abidə qoyan bir ölkə ilə hansısa protokol imzalayaraq münasibətləri "normallaşdırmağa” çalışmağın heç bir mənası yoxdur, ola da bilməz. Ermənistan dövlət başçısı 9 il əvvəl bizim təxmin etdiyimiz qərarı açıqladı.

- Yəni, bundan sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətləri "normallaşdırmaq” istəyənlər Sürix protokollarının aqibətini unutmamalıdırlar, eləmi?

- Əlbəttə. Türkiyənin ərazi bütövlüyünü tanımayaraq, bizdən torpaq istəyən, qondarma "soyqırım” iddiaları ilə bizə böhtan atan, qardaş Azərbaycanın torpaqlarını işğal altında saxlayıb orada türklərə qarşı soyqırım törədən bir ölkə ilə hansı münasibətlərin normallaşmasından söhbət gedə bilər? Diplomatlarımızı şəhid etmiş terrorçulara abidə qoyan bir ölkə ilə münasibətləri necə "normallaşdıra” bilərik?

- Sürix protokollarının tamamilə ləğv edilməsi ilə bağlı Ermənistanın qəbul etdiyi qərar bundan sonrakı mərhələdə Türkiyə ilə Azərbaycanın öz qüvvələrini inteqrasiya etməsinə necə təsir göstərəcək?

- Qüvvələrimizi bütün sahələrdə birləşdirməliyik. Türkiyə beynəlxalq arenada hər gün yorulmadan Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələni və ermənilərin törətdikləri Xocalı soyqırımını gündəmə gətirməlidir. Bəs, qardaş qardaşı necə müdafiə etməlidir, onun haqlarını necə qorumalıdır? Türkiyə bu məsələlərin bir an belə dünyanın gündəmindən çıxmasına icazə verməməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün Türkiyə əlindən gələn hər şeyi etməlidir. İşğal altındakı 7 rayonun taleyi daim dünyanın gündəmində olmalıdır.

- Son günlər Hollandiya parlamentinin qondarma "erməni soyqırımı”nı tanımasına dair qərarını və İsveçdəki yerli məhkəmənin "erməni soyqırımı” abidəsi qoyulması üçün bələdiyyənin tələbini rədd etməsini necə şərh edərdiniz?

- Hollandiyadan əvvəl- 2016-cı il iyunun əvvəlində Almaniya Bundestaqı da qondarma "erməni soyqırımı”nı tanıyan qərar qəbul etmişdi. Bu qərarların hamısı qanunlara və beynəlxalq hüquqa ziddir. Hollandiya özünü beynəlxalq cəza hüququnun mərkəzi saysa da parlamentin bununla bağlı qəbul etdiyi qərarının təməli yoxdur. Çünki, bir hadisənin soyqırım kimi tanına bilməsi üçün onunla bağlı ya bir yerli məhkəmə, ya da BMT-nin müəyyənləşdirdiyi müstəqil beynəlxalq məhkəmə hökm verməlidir. 1915-ci il hadisələri ilə bağlı belə qərar olmadığı kimi, Perinçək-İsveçrə çəkişməsində də Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin "soyqırım” kimi xarakterizə edilə bilməyəcəyinə işarə etmişdi. Ona görə parlamentlərin o qərarlarının heç bir mənası yoxdur. İsveç məhkəməsi isə düzgün qərar qəbul edib. Bələdiyyələr "soyqırım”a dair qərar qəbul edə bilməz, öz ərazilərində "soyqırım” abidəsi ucaltmağa da bələdiyyələrin səlahiyyəti yoxdur. Avropa da, dünya da bunu getdikcə daha yaxşı başa düşəcək.

Demokratik.Az

Xəbər 1140 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11072] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00790] calend [0.00047] topnewsend [0.00333] rsssend [0.00000] ehgend [0.01395] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08384]