Roma papası Suriyaya səsləndi: "DURUN"!

  • 26 fev 2018, 16:13
Xəbərə görə, Roma papası Fransisk Suriyada zorakılığı ləngimədən dayandırmağa çağırıb və qeyd edib ki, «şəri şərlə məğlub etmək olmaz».
«Bu günlər mən, xəyalımda tez-tez sevimli və əzabkeş Suriyaya baxıram – müharibə harada yenidən alovlanır, xüsusilə Şərqi Qutda. Hazırkı fevral münaqişənin son 7 ilində ən qəddar aylardan biri oldu. Mülki əhali arasında yüzlərlə, minlərlə qurban – uşaqlar, qadınlar, qocalar… Xəstəxanalara zərbələr endirildi, insanlar özlərinə qida tapa bilmirlər. Bütün bunlar insanlıqdan kəqardır. Şəri şərlə boğmaq olmaz. Müharibə isə – şərdir. Ona görə də mən, zorakılığı elə bu saat dayandırmağa çağırıram ki, humanitar kömək (ərzaq və qida məhsulları) giriş yaransın, xəstələr və yaralılar təxliyyə edilə bilsinlər. Dua edək ki, bu, ləngimədən baş versin» – deyə, ənənəvi bazar günü ibadəti zamanı Fransisk bəyan edib.

Ötən şənbə günü Birləşmiş Millətlər Təşkiları Təhlükəsizlik Şurası (BMT TŞ) 2401saylı qətnamə qəbul edib. Sənəd tələb edir ki, Suriyanın bütün ərazisi boyunca tərəflər ləngimədən toqquşmaları dayandırsınlar və uzun müddətli (azı 30 günlük) humanitar pauzaya sadiq olsunlar. Bu, ərazilərə humanitar köməyin çatdırılması və yaralıların, ağır xəstələrin təxliyyə oluna bilməsi üçün lazımdır. /mənbə-azpolitika/

 

Demokratik.az

Oxşar xəbərlər