Afrində 2018 terrorçu məhv edilib, 5 kənd azad olunub

  • 25 fev 2018, 12:59

Türkiyənin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 2018 nəfərə çatıb.

"Report” yerli NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun baş qərargahı məlumat yayıb.

PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir.

Həmçinin qeyd olunur ki, Afrinin şimal-qərbindəki Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib.

Oxşar xəbərlər