YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi

  • 20 fev 2018, 21:05

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG dəstələri Afrindən geri çəkilib.  

 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri  Afrinin 10 kilometrliyində dayandırılıb.

 

Bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.   

 

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi "Suriya Xalq Qüvvələri”nin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya hökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.   

 

Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq isə Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.

"Demokratik.Az"

Oxşar xəbərlər