MÜƏMMALI SAAKAŞVİLİ - Ukrayna qovur, Polşa mühafizə ayırır...

  • 13 fev 2018, 08:36

Dünyanın ən demokratik düşüncəyə sahib siyasətçilərdən olan Mixail Saakaşvili ötən gün fevralın 12-də Kiyevdə saxlanıldıqdan dərhal sonra Ukraynadan çıxarılıb. Demokratik.Az-ın məlumatına görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru dünən yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Siyasətçi bildirib ki, Polşada ona dövlət mühafizəsi ayrılıb.

"Rustavi-2" televiziya şirkətinə müsahibəsində o deyib ki, Polşada çox mehribanlıqla qarşılanıb.

Sitat: "Məni qonaqpərvərliklə qəbul etdilər, mənimlə artıq Polşa parlamentinin deputatları görüşüblər. Mən ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə danışdım, mənə dövlət mühafizəsini ayırdılar", -  deyə M.Saakaşvili bildirib. 

Demokratik.Az

Oxşar xəbərlər