Saakaşvili Kiyevdə çarter reysi ilə Polşaya uçub

  • 12 fev 2018, 20:45

Kiyevdə saxlanılan Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq Ukraynadan çıxıb.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Xatırladaq ki, Mixeil Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.

Oxşar xəbərlər