ABŞ-ın yeni nüvə raketi ortaya çıxdı - Video

  • 11 fev 2018, 20:38

ABŞ-da yük maşını ilə aparılan qəribə predmetin yayılan görüntüləri ölkədə böyük marağa səbəb olub.

Görüntülər Nevada şəhəri ərazisində "Sore Finger” yolunda çəkilib.

Polislərin müşayiəti ilə irəliləyən yük maşınının daşıdığı qəribə predmetin nüvə başlığına sahib raket olması və 51-ci zona istiqamətində hərəkət etdiyi bildirilib.

"Bu, nüvə başlıqlı raketdir? Biz "Sore Finger” şosesi ilə hərəkət edirdik və mən nüvə başlığını 51-ci zona istiqamətində apardıqlarını çəkdim” , - görüntüləri qeydə alan şəxs deyib.

Qeyd edək ki, ABŞ-da 51-ci zona girişi qadağan olunmuş hərbi obyektlər, UNO-lar üzərində tədqiqat aparılması və.s fərziyyələrlə tanınır.


Oxşar xəbərlər