Türkiyə hərəkətə keçdi: Afrinə desantlar və ...

  • 11 fev 2018, 00:25

Türkiyəyə məxsus desant qüvvələri Suriya ilə sərhəddə yerləşən Hatay rayonuna göndərilib.

Axar.Az xəbər verir ki, ən azı 60 zirehli maşının olduğu hərbi karvan gecə saatlarında yola düşüb.

Zirehli avtomobillər Qırıqxan rayonundan keçərək sərhədə doğru irəliləyib. Daha sonra isə sözügedən desant birliklərinin Afrinə keçəcəyi bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə Afrində 11 şəhid verib.

Oxşar xəbərlər