ABŞ Suriyanı bombaladı - BMT-yə şikayət olundu

  • 09 fev 2018, 07:36

ABŞ koalisiyasının Suriya ərazisinə endirdiyi hava zərbəsi hərbi cinayətdir.

Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"ABŞ koalisiyasının Suriya ərazisindəki qanunsuz hərəkətlərini qınayırıq”, - açıqlamada bildirilib.

XİN həmçinin bununla bağlı BMT Təhlükəsizlik Şurasına və baş katibinə məktub ünvanlayıb.

Qeyd edək ki, ötən gün gecə saatlarında ABŞ-a məxsus qırıcıların Suriya hökumət qüvvələrini bombardman etməsi nəticədə 100-dən çox hərbçinin həlak olması barədə məlumat yayılmışdı.

Demokratik.Az

Oxşar xəbərlər