Adnan Oktarın verilişi dayandırıldı, cəza verildi- QƏRAR

  • 07 fev 2018, 11:20

Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) Adnan Oktarın sahibi olduğu A9 kanalına 5 dəfə verilişi dayandırmaqla yanaşı ən yüksək inzibati cəza kəsilməsini qərarlaşdırıb.

A.Oktar ilə münaqişə yaşayan Diyanət işləri başqanı Əli Ərbaş Oktarın ağlının yerində olmadığını bildirmiş və A9 kanalının bağlanması üçün RTÜK-ə müraciət etmişdi.
Oktar isə cavabında "Kömürxanalardan, içki fabriklərindən alınan pullarla, vergilərlə maaşlarınız ödənir. Bir dəfə bu məsələlər haqqında açıqlama verdinizmi? Səsin çıxmır, hoca əfəndi”-demişdi.

Xatırladaq ki, Diyanət işlər başqanı məsələ ilə bağlı artıq açıqlama vermək istəmədiyini bildirmişdi.

RTÜK məsələ ilə bağlı araşdırma aparıb. A9 kanalına 5 dəfə verilişi dayandırmaqla, ən yüksək məbləğdə inzibati cəza verilməsi qərarlaşdırılıb. /Metbuat.az/
Oxşar xəbərlər