Braziliyada gecə klubuna hücum — 10 ölü

  • 28 yan 2018, 11:01
Braziliyanın Fortaleza şəhərində bir gecə klubuna silahlı hücum təşkil edilib.

İnsident nəticəsində ən azı 10 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

Braziliya mətbuatının xəbərinə əsasən, bir avtomobil ilə gecə klubuna yaxınlaşan hücumçular ətrafa atəş açıblar. Açılan atəş nəticəsində ən azı 10 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Polisin ilkin versiyasına əsasən, hücum narkotik maddə satışı ilə məşğul olan qruplaşmalar arasında baş verən hesablaşmadır.

Oxşar xəbərlər