Ərdoğan Trampla danışdı: Bunu təcili dayandır...

  • 25 yan 2018, 08:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon əlaqəsi baş tutub.

Liderlər "Zeytun budağı” əməliyyatını və Suriyadakı son siyasi prosesləri müzakirə ediblər.

Məlumata görə, Türkiyə vaxtı ilə 20:30-da başlanılması gözlənilən danışıq biraz gecikmə ilə baş tutub:

"Əsas mövzularla yanaşı ikitərəfli əlaqələrə də yer verilib. Ərdoğan qeyd edib ki, "Zeytun budağı” əməliyyatı beynəlxalq hüquq prinspinə söykənir və BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Türkiyə öz müdafiə haqqından istifadə edir. Türkiyə lideri həmçinin terrorizmlə mübarizədə birgə əməkdaşlığın önəmini də xüsusi vurğulayıb. Bundan əlavə, Ərdoğan terrorla mübarizə çərçivəsində ABŞ-ın PYD/YPG-yə silah dəstəyini dayandırmasının vacibliyini bir daha bildirmişdir”, - xəbərdə qeyd olunub.

Oxşar xəbərlər