Kremlin 2012-ci il ssenarisi açıqlandı – Detallar

  • 25 yan 2018, 08:10

Rusiya Ukraynaya qarşı hərbi aqressiyanı 2012-ci ildən hazırlayıb.

Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövlətə xəyanət işi ilə bağlı Obolonsk məhkəməsində çıxışı zamanı Ukrayna Radasının spikeri Andrey Parubiy söyləyib.

"Mən Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri olanda bir neçə gizli mənbədən Ukraynaya qarşı Rusiya rəhbərliyinin bir neçə ssenari hazırladığını öyrəndim. Sonradan bəlli oldu ki, 2012-ci ildən Ukraynanın cənub-şərq vilayətlərində Rusiya xüsusi xidmət orqanlarının nəzarət etdiyi təşkilat şəbəkələri formalaşdırılıb. Bu şəbəkə İkinci Dünya müharibəsinin rekonstrukturları simasında kadr hazırlayır və yerli administrasiyaları, hakimiyyət orqanlarını ələ keçirmək planlarına sahib olurdular. Bu şəbəkə Donetskdə, Luqanskda, Xarkovda, Zaporojskda, Nikolayevskidə, Odessada, Xersonda fəaliyyət göstərirdi.

Ukraynaya qarşı bir neçə fəaliyyət ssenarisinə baxılırdı. Bunlar sırasında genişmiqyaslı hərbi aqressiya, Ukraynanın cənub-şərq rayonlarının Rusiyanın nəzarətinə qaytarılması, "Rus baharı”, "Novorossiya” planları və əlbəttə, Krım yer alırdı. Bu planlardan hansıın baza rolunu oynayacağı haqqında qərar operativ verilib. Məncə, Yanukoviçin məktubu Rusiyanın Krımda açıq aqressiyaya başlaması, daha sonra Donetsk və Luqansk böhranlarının, eləcə də 7 bölgədə aktivlik üçün legitim əsas oldu. Ona görə ki, 7 bölgədə Rusiya agenturası administrasiya binalarını tutmuşdu”, – deyə o bildirib. /mənbə -Axar.Az/

Oxşar xəbərlər