Roma Papası miqrantların müdafiəsinə qalxdı

  • 15 yan 2018, 08:05

Roma Papası Fransisk Müqəddəs Pyotr kilsəsində ənənəvi bazar günü ibadətindən sonra yığışan insanlara miqrant və qaçqınlar gününə həsr olunmuş moizə ilə müraciət edib.

Papa bildirib ki, əcnəbi miqrantlara qarşı qorxunu aradan qaldırmaq lazımdır.

"İnanclı insanların müəyyən narahatlıqları var. Onlar miqrantların mövcud qaydaları, düzəni pozduqlarını düşünürlər.

Yeni gələnlər qarşıdurmalardan, qınaq, ayrı-seçkilik, uğursuzluqdan qorxurlar və bu, başadüşüləndir. Şübhə və qorxu günah deyil. Bu qorxuların reaksiyalarımızı formalaşdırmasına, seçimlərimizi məhdudlaşdırmasına, hörmət və səxavətliliyimizi pozmasına imkan vermək günahdır”, – deyə Papa bildirib.

Oxşar xəbərlər