Ukraynada Milad bayramında 5 milyona yaxın insan iştirak edib

  • 08 yan 2018, 08:05

Ukraynada pravoslavlar İsa peyğəmbərin mövludu günü – Milad bayramı ilə bağlı 14 minə yaxın kilsədə dualar oxuyub.

AZƏRTAC-ın Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkədə keçirilən Milad bayramında təxminən 5 milyon insan iştirak edib. Məlumata görə, bayram tədbiri zamanı hər hansı insident baş verməyib.

Qeyd edək ki, Ukraynada pravoslavlar İsa peyğəmbərin mövludu gününü – Milad bayramını yanvarın 6-da axşam saat 23:00-dan başlayaraq təntənə və kütləvi şəkildə qeyd etməyə başlayıblar.

Bayramla əlaqədar paytaxt Kiyevdə və digər şəhərlərdə evlərdə, mərkəzi küçələrdə süfrələr açılıb, pravoslav məbədlərində bayram mərasimləri təşkil olunub, dualar oxunub.

Milad bayramı ilə bağlı Ukraynada 20 mindən artıq polis və milli qvardiya qüvvələri təhlükəsizliyi qoruyub.


Oxşar xəbərlər