İranın müxalifət "liderləri" kimdir?

  • 07 yan 2018, 10:10
İranda baş verənlərə bir çox KİV-lərdə, xüsusilə də Qərb mətbuatında reaksiya yeni virtual reallığın yaranmasından başqa bir şey deyil.

Bu sözləri politoloq İlqar Vəlizadə qeyd edib. O bildirib ki, Ruhani və Xameneinin özü belə tam olaraq rejim demək deyil:

"Kim bunlara deyib ki, nümayişçilər islam rejiminin əleyhinə çıxış edir? Xameneinin qurduğu siyasi sistem göründüyü kimi sadə deyil. Çox gülməlidir ki, Qərbdə yaşayan İran müxalifətinin "liderlərini" heç müharicətdə yaşayan iranlılar da tanımır, nəinki İranın özündə nümayişlərdə iştirak edənlər. Onlar başa düşməlidirlər ki, bura nə Suriyadır, nə də Əfqanıstan".

Qeyd edək ki, dekabrın 28-dən başlayaraq İranın iri şəhərlərində ardıcıl etiraz aksiyaları keçirilmişdi.(Axar.az)
Oxşar xəbərlər