“FETÖ hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək”

  • 13 dek 2017, 07:45

FETÖ böyük təxribatlara hazırlaşır. Siyasət, idman, incəsənət sahəsində məşhur adamlara qarşı sui-qəsd törədərək, Türkiyədə stabilliyi pozmağa çalışacaqlar.

Ovqat.com xəbər verir ki, bu proqnozu Türkiyənin Hava Qüvvələri Komandanlığının sabiq hərbi prokuroru, təqaüddə olan polkovnik Əhməd Zəki Üçok verib.

"Kanal D Haber”-ə açıqlamasında sabiq hərbi prokuror bu silsiləvi qanlı terror aktlarının bir neçə ay ərzində həyata keçiriləcəyini bildirib.

Onun dediyinə görə, 15 iyul çevriliş cəhdindən sonra xarici ölkələrə qaçan sabiq hərbi komandirlər Kosova və Makedoniyada böyük ərazilər alıb, terrorçulara təlim keçirlər. Türkiyədə sensasion sui-qəsdlər törətməyə hazırlaşanlar arasında Türk ordusunun keçmiş SAT, MAK desantları ilə yanaşı, TAK (Kürdüstan Azadlıq Şahinləri) terrorçuları, 1990-cı illərdə serblərə qarşı vuruşan UÇK (Kosova Azadlıq Ordusu) veteranları və çox sayda muzdlu əsgərlər də var.

Qeyd edək ki, Üçok FETÖ-çu hakim və prokurorlarının  açdığı "Balyoz” cinayət işindən həbsxanaya düşmüş və 5 ilə yaxın məhbəs həyatı yaşamışdır.

Oxşar xəbərlər