Putinin qərarına qərb reaksiyası: "Suriyada savaş bitməyib"

  • 12 dek 2017, 13:14

Suriyada savaş bitməyib.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Təhlükəsizlik və Xarici Siyasət üzrə komissarı Federika Moqerini Rusiya Prezidenti Vladimir Putinin rus ordularını Suriyadan çıxarması haqqında qərarını şərh edərkən söyləyib

"Biz çox yaxşı bilirik ki, Suriyada döyüşlər davam edir, dinc sakinlər isə hücumlardan əziyyət çəkirlər. Müharibənin sona çatması kimi bir şey yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Putin müharibənin başa çatdığını bildirib və rus hərbçilərin Suriyadan çıxarılması haqqında qərar verib.

Oxşar xəbərlər