Amerikalılar yenidən Aya uçacaq

  • 12 dek 2017, 09:58

Prezident Donald Tramp ABŞ-ın Aya uçuşlarını bərpa etməyə dair sərəncam imzalayıb.

 

Demokratik.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

 

Məlumata əsasən, proqram Marsa uçuşların həyata keçirilməsi üçün texnologiyaların işlənib hazırlanmasına yönələcək. 

 

"İmzaladığım sərəncam 1972-ci ildən bəri ilk dəfə Amerika astronavtlarının uzunmüddətli tədqiqatlar üçün Aya dönməsində mühüm bir addımdır”, deyə D.Tramp vurğulayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər