Saakaşvili: “Yeni ili Poroşenkosuz qarşılayacağıq”

  • 07 dek 2017, 09:24

Müəmmalı siyasətçisi Mixail Saakaşvili maraqlı fikir səsləndirib. "Ukrayna prezidenti  Petro Poroşenko Yeni ilədək postunu tərk edə bilər".

 

Demokratik.Az bildirir ki,Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə keçirdiyi "xalq yığıncağı”nda belə sərt bir bəyanatla çıxış edib.

 

"Mən Poroşenkoya qarşı genişmiqyaslı, dinc şəkildə hücum hazırlamağı təklif edirəm. Mən sizi əmin edirəm ki, yaxşı çalışsaq, şansımız var ki Yeni ili onsuz qarşılayaq”, deyə M.Saakaşvili bildirib.

 

Bundan əvvəl Saakaşvili bildirib ki, silahdaşları Poroşenkonun impiçmenti üçün ölkə ərazisində imza toplamağa başlayıblar.

 

Demokratik.Az

Oxşar xəbərlər