Rza Zərrabı Ərdoğana qarşı danışdırırlar - adını çəkdi

  • 01 dek 2017, 19:13

Əslən azərbaycanlı, Türkiyənin iş adamı Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə verdiyi şahid ifadəsində ilk dəfə Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın və Ali Babacanın adını çəkib.

O deyib ki, o zaman baş nazir olan Ərdoğan və maliyyə məsələlərinə məsul Ali Babacanın "İranla bağlı işlərə, yəni, qızıl ticarəti üçün Vakıfbank ve Ziraat Bankası-na şəxsən təlimat veriblər".

"Kostyum və qoruma"

Rza Zərrab məhkəmənin ikinci günündə məhbus geyimində yox, qalstuksuz, amma kostyumda gətirilməsi prosesi izləyən jurnalistlərin diqqətini çəkib.

İttihamçı Zərrabın təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olması səbəbi ilə maraqlanarkən Zərrab həbsxanada hədə-qorxu aldığını və təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə altına alındığını bildirib.

"Mövcud sistem"

Yenə də şahid kürsüsündə oturan Rza Zərrab ifadəsində bildirib ki, Türkiyənin təkcə İrandan aldığı təbii qaz və neftin deyil, Hindistandan aldığı neft və təbii qaz ödənişlərini də Halkbank vasitəsilə aparıb.

Rza Zərrab deyib ki, Halkbank-ın o zamankı məsul şəxslərindən biri Süleyman Aslan İranla beynəlxalq ödənişlərə vasitəçilik edə bilməyəcəklərini anladıqlarında, "mövcud sistem"lə transferlərə davam edə biləcəkləri qənaətinə gəliblər.

"Movcud sistem" deyərkən məni nəzərdə tuturdu", - Zərrab deyib.

İttiham tərəfi Zərrabın Özgür Eker adlı bir şəxslə telefon danışığını ortaya qoyub. Rza Zərrab bildirib ki, bu danışıqda Ərəb Türk Bankı-dan Halkbank-a pul transferi edilib və bu yolla İranın Hindistandakı pullarını Halkbank-a gətirib.

Rza Zərrab ifadəsində Halkbank və iranlı məsul şəxslərin dəfələrdə toplantı keçirdiklərini və medianın bu toplantıdan xəbər tuta biləcəklərindən narahat olduqlarını söyləyib.

"Bir teatrdır"

Türkiyənin baş nazir köməkçisi Bekir Bozdağ Rza Zərrabın "təzyiq altında ifadə verdiyini", Nyu-Yorkdakı məhkəmənin bir "teatr" olduğunu bildirib.

Halkbank rəsmiləri ictimaiyyətə ünvanladığı məktubda bankdakı "xarici ticarət əməliyyatlarının və pul köçürmələrinin açıq, şəffaf və sistem üzərindən aidiyyətli orqanların izləyə biləcəyini" açıqlayıb.

"Zərrab işi"-də şübhəlilərə qarşı altı ittiham irəli sürülür:

ABŞ və xüsusilə də ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq

Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmağa cəhd

Bank sistemində saxtakarlıq

Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq

Pul yuyulması

Pul yuyulması üçün plan qurmaq...

BBC

Oxşar xəbərlər