Estoniyada NATO-nun kibertəlimləri başladı

  • 28 noy 2017, 19:41

Estoniyada NATO-nun "Cyber Coalition" adlı genişmiqyaslı kibertəlimləri başlayıb. Trend-in məlumatına görə, bu barədə ölkə Müdafiə Qüvvələri Baş Qərargahı xəbər yayıb.

Məlumata görə, təlimlərdə infotexnologiyalar, hüquq sahəsi üzrə 700-dən artıq mütəxəssis, NATO-nun 25 ölkəsindən məmurlar iştirak edirlər.

Təlimlərə həmçinin alyansa tərəfdaş ölkələr Finlandiya, İsveç, İrlandiya, İsveçrədən də nümayəndələr qatılıb.

Kibertəlimlərdə məqsədin NATO ölkələri və alyansın tərəfdaş ölkələrinin belə kiber hücumlara hazırlıq səviyyəsini yoxlamaq və artırmaqdır.

Oxşar xəbərlər