Türkiyədə FETÖ əməliyyatı: 134 həbs

  • 22 noy 2017, 14:05
Türkiyənin Konya şəhərində 40 fərqli əraziyə təşkil edilmiş basqın zamanı 134 FETÖ terror təşkilatının üzvü həbs edilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-qanuni imamlıq etməkdə ittiham edilən 134 nəfər ordu üzvü barədə həbs qərarı verilib.
 
Həbs edilənlərin arasında müdir, müdir köməkçisi, müəllim, həkim, tələbələrdən məsul şəxs kimi vəzifələri icra etdiyi deyilir. Bu şəxslərin hərbi məktəblərin tələbələri olan gənclərlə tez-tez görüşdükləri, təşkilatın fəaliyyətinə cəlb etdikləri iddia edilir.
Oxşar xəbərlər